Bu marşrutlar üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir

Baş səhifə

Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Bildirilib ki, bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.

Yeni dayanacaqların verilməsindən sonra hərəkət qrafiki də yenilənib: //ticket.ady.az/az/yeni-hereket-cedveli

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir