
Bakı.Trend:
Azad olunan ərazilərdə mart ayı ərzində 267 tank əleyhinə mina,
236 piyada əleyhinə mina, 4922 partlamamış hərbi sursat (PHS)
aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA)
işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar
minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında qeyd
edilib.
Bildirilir ki, ötən ay həmçinin 5336.5 hektar ərazi minalardan
təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.

