
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta
növlərinin hesabına 234,436 milyon manat sığorta haqqı
toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 14,3 milyon manat və ya 6,5% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 34,4
milyon manat və yaxud 39,4% artaraq 121,772 milyon manata
çatıb.
Beləliklə, bu ilin yanvar-fevral aylarında könüllü sığorta
bazarında toplanmış hər 100 manat sığorta haqqının 51,9 manatı
müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda
fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon
manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq
dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon
manat təşkil edib və illik ifadədə 37% artıb.

