Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Türkmənistan arasında iqtisadi sahədə işbirliyinin
genişləndirilməsi müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.

“Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan –
Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri
Nökərqulı Ataqulıyevlə görüşdə ölkələrimiz arasında iqtisadi
tərəfdaşlığın davamlı inkişafının önəmini vurğuladıq.




İkitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji,
nəqliyyat, logistika, tranzit və digər sahələrdə işbirliyinin
genişləndirilməsini müzakirə etdik”, – paylaşımda qeyd edilib.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir