
Bakı. Trend:
İsrail Dəniz Qüvvələrinin Beyruta endirdiyi zərbə nəticəsində
Livanın cənubunda “Hizbullah” hərəkatının Cənub Cəbhəsinin
komandiri – terror qrupunun hərbi fəaliyyətinə cavabdeh olan Hacı
Yusif İsmayıl Həşəm həlak olub.
Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Həşəm 2024-cü ilin sentyabrında Cənub Cəbhəsinin komandiri
vəzifəsini Əli Qərakidən təhvil almışdı. Qəraki isə İsrail zərbəsi
zamanı “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahla birlikdə həlak
olmuşdu.
Hərbi mənbələr bildirir ki, Həşəm 40 ildən artıq təcrübəyə malik
yüksək rütbəli komandir və terror təşkilatının mərkəzi fiquru
olub.
“İllər boyu, xüsusən son dövrlərdə, Həşəm İsrail mülki şəxsləri
və IDF əsgərlərinə qarşı minlərlə terror hücum planına rəhbərlik
etmiş, təşviqat aparmışdı”, – IDF bildirib.
Həmçinin əlavə olunub ki, onun zərərsizləşdirilməsi “Hizbullah”ın İsrail mülki şəxslərinə qarşı terror əməliyyatlarını
həyata keçirmə qabiliyyətinə və Livanın cənubunda IDF əsgərlərinə
qarşı davam edən döyüşləri idarə etməsinə ciddi zərbədir.

