Bölgədədki müharibənin əsas günahkarı İsraildir – ƏRDOĞAN

Baş səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı hərbi kampaniyanı şərh edərkən bildirib ki, regiondakı müharibənin əsas günahkarı İsrail hökumətidir.

Modern.az xəbər verir ki, Ərdoğan bu barədə AK Partiyanın parlament qrupunun  toplantısında danışıb.

“Bölgəmizi təkcə viranəlik yerinə çevirməyən, həm də bütün bəşəriyyətə ağır iqtisadi yük gətirən bu qanunsuz müharibənin əsas məsuliyyət daşıyan tərəfi münaqişə, xaos və böhranlar içində batmış İsrail hökumətidir”, – deyə Türkiyə Prezidenti bildirib.

O, əlavə edib ki, “müharibə zamanı tökülən hər damla qanın Netanyahunun siyasi yaşamını uzadan bir xilaskar xətti olacağını” unutmaq olmaz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir