Bakıda mağazanı sındırıb 12 minlik telefonları oğurladı – saxlanıldı (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Xətai rayonunda 12000 manatlıq mobil telefon oğurlayan şəxs
saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının
həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli
bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.




Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq
içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil
telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir