
Bakı. Trend:
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinın məlumatına görə,
Azərbaycanın hidroenerji gücü 2016-cı ildən etibarən sabit artım
nümayiş etdirir.
Trend xəbər verir
ki, 2016–2025-ci illər ərzində ölkənin su elektrik stansiyalarının
quraşdırılmış gücü 1 105 MVt-dan 1 444 MVt-a yüksələrək on il
ərzində 30,6% artım göstərib. İlk illərdə artım nisbətən məhdud
olub, ən böyük illik sıçrayışlar isə 2023 və 2024-cü illərdə qeydə
alınıb – müvafiq olaraq güc 137 MVt (+11,8%) və 105 MVt (+8%)
artıb.
| İl | Hidroenerji gücü (MVt) | İllik artım (%) |
|---|---|---|
| 2016 | 1 105 | — |
| 2017 | 1 106 | 0,1% |
| 2018 | 1 131 | 2,3% |
| 2019 | 1 145 | 1,2% |
| 2020 | 1 149 | 0,3% |
| 2021 | 1 157 | 0,7% |
| 2022 | 1 165 | 0,7% |
| 2023 | 1 302 | 11,8% |
| 2024 | 1 407 | 8,0% |
| 2025 | 1 444 | 2,6% |
Hidroenerjinin payına Azərbaycanda bərpa olunan enerji
mənbələrinin ümumi quraşdırılmış gücünün təxminən 79%-i düşür
(2025-ci ildə 1 826 MVt), halbuki 2016-cı ildə bu göstərici 93%
təşkil edirdi.

