Azərbaycanda əsərlərin qeydiyyatı artıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqların
obyektlərinin könüllü qeydiyyat sistemi mövcuddur. Müəlliflər və
hüquq sahibləri əsərlərini (musiqi, şeir, kitab, film, rəsm,
kompüter proqramı və s.) Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan
keçirə bilərlər.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Əqli Mülkiyyət
Agentliyindən (COPAT) məlumat verilib.

Bildirilib ki, bunun üçün şəxsən və ya onlayn formada Agentliyə
müraciət etmək olar. Hazırda əsərin qeydiyyatını Agentliyə gəlmədən
Elektron hökumət portalı vasitəsilə də etmək mümkündür. Bunun üçün
müvafiq ərizə və əsərin rəqəmsal versiyası tələb olunur.




2025-ci ildə 512 müəllif-hüquq sahibinin (2024-cü ildə 346 hüquq
sahibi) 900 əsəri və ifası (2024-cü ildə 660) qeydiyyatdan
keçirilib. O cümlədən elektron qaydada qeydiyyatdan keçirilmiş
əsərlərin sayı 660 (2024-cü ildə 543), kompüter proqramlarının sayı
43 (2024-cü ildə 32), ədəbi əsərlərin sayı 370 (2024-cü ildə 197),
elmi əsərlər və dərs vəsaitlərinin sayı 111 (2024-cü ildə 75),
mətnli və mətnsiz musiqi əsərlərinin sayı 209 (2024-cü ildə 138) və
ifaların sayı 37 olmuşdur.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən
indiyədək Agentlikdə 17 mindən çox əsər və əlaqəli hüquqların
obyektləri qeydiyyatdan keçirilib.

Qeyd edək ki, müəllif hüquqları sahəsində mübahisə yaranan
hallarda, digər sübutlar olmadıqda, Agentlik tərəfindən verilən
qeydiyyat haqqında şəhadətnamə məhkəmələr tərəfindən müəlliflik
prezumpsiyası kimi tanınır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir