
Bakı. Trend:
Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.
Trend-in
“Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə,
“Apple” smartfonları bu ilin mart ayında Azərbaycanda mobil
cihazlar üzrə 23,9 faiz bazar payı ilə ilk pillədə qərarlaşıb.
Bir ay əvvələ olan göstərici ilə müqayisədə “Apple” markasının
Azərbaycanda bazar payı 0,88 faiz bəndi, 2025-ci ilin mart ayına
nisbətən isə 4,81 faiz bəndi artıb.
Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfon
brendlərinin siyahısında “Samsung” ikinci yerdə olub. Belə ki, bu
markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla
müqayisədə 0,96 faiz bəndi artaraq, 2025-ci ilin mart ayına
nisbətən isə 5,5 faiz bəndi azalaraq 23,19 faiz təşkil edib.
Siyahıda növbəti pillədə “Xiaomi” qərarlaşıb. Belə ki, bu
brendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələ
nisbətən 0,08 faiz bəndi, 2025-ci ilin mart ayı ilə müqayisədə isə
5,46 faiz bəndi azalaraq 18,3 faizə bərabər olub.
Siyahıda 4-cü pillədə 8,88 faiz bazar payı ilə “Honor”
smartfonları mövqelənib. Bu göstərici bir ay əvvəllə müqayisədə
0,52 faiz bəndi çox, 2025-ci ilin eyni dövrünə nisbətən isə 0,42
faiz bəndi azdır.
Bu ilin mart ayı üzrə digər smartfonların Azərbaycanda bazar
payı isə 25,73 faiz təşkil edib.

