
Bakı. Trend:
Çinin “Xiaomi” şirkəti 175 ABŞ dolları dəyərində 10 kq tutumlu
ağıllı paltaryuyan maşınını təqdim edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Xiaomi Mijia Washing Machine Drum 10Kg Ultra-Thin Fully
Embedded” adlı yeni model 516 mm dərinliyə malik korpusla təchiz
edilib. Maksimal yükləmə həcmi 10 kq təşkil edir.
Qurğu “Xiaomi Pengpai” ekosistemini dəstəkləyir və əsas menyu
ilə yanaşı şirkətin rəsmi mobil tətbiqi və ya “Xiaomi”nin
səsgücləndiricilərində olan mikrofon vasitəsilə idarə oluna bilər.
Digər ağıllı ev cihazları ilə inteqrasiya da nəzərdə tutulub.
Maşın həmçinin, 525 mm diametrli barabana malikdir, 24 yuma
proqramını dəstəkləyir və istehsalçının bildirdiyinə görə, 35 növ
çətin ləkənin öhdəsindən gələ bilir.

