Alimlər elektron siqaretlərin ölümcül risklərini aşkarlayıb

Baş səhifə

Bakı. Trend:

Veyplər (elektron siqaretlər) insanda ağ ciyər və ağız
boşluğunun xərçənginə yol aça bilər.

Trend xəbər verir
ki, Yeni Cənubi Uels Universitetindən olan (Avstraliya) alimlərin
araşdırmaların nəticələri “Carcinogenesis” adlı elmi dərgidə nəşr
olunub.

Alimlər bu istiqamətdə aparılmış 100-dən çox tədqiqatın
nəticələrini təhlil ediblər.




Veyplər 2000-ci illərin əvvəllərində meydana çıxıb.
Marketoloqlar onları ənənəvi siqaret çəkməyə nisbətən daha
təhlükəsiz və az qoxulu alternativ kimi təqdim edirdilər. Bu
cihazlar nikotin tərkibli mayeni qızdıraraq buxara çevirir və
istifadəçilər həmin buxarı tənəffüs edirlər.

Ekspertlər elektron siqaretlərin mümkün zərərləri barədə
xəbərdarlıq etsələr də, konkret sübutlar mövcud deyildi. Çox vaxt
onlar veyp istifadəsini adi siqaretlə müqayisə edir və ya veyp
istifadəçilərinin xərçəngə tutulma riskinin yüksək ola biləcəyini
güman edirdilər, çünki bu şəxslər tez-tez adi siqaret də
çəkirlər.

Yeni tədqiqatın müəllifləri isə məhz veyplərə fokuslanaraq adi
siqaretlərin təsirini istisna ediblər. Onlar yalnız veyp
istifadəçilərinə həsr olunmuş tədqiqatları seçib təhlil ediblər və
həm elektron, həm də adi siqaret çəkən şəxsləri əhatə edən
araşdırmaları nəzərə almayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir