
Bakı. Trend:
“Mançester Siti” klubunun müdafiəçisi Abdukodir Xusanov mart
ayının ən yaxşı oyunçusu seçilib.
Trend xəbər verir ki, 22
yaşlı Özbəkistan millisinin üzvü azarkeşlərin səsverməsində Rodri
və Jeremi Dokunu qabaqlayıb. Xusanov bu mükafatı ikinci dəfə
qazanır. O, daha əvvəl yanvar ayında da komandanın ən yaxşısı
seçilmişdi.
Ötən ay müdafiəçi bütün turnirlərdə 6 oyuna çıxıb və onların
5-də start heyətində yer alıb.

