
Bakı. Trend:
54 illik fasilədən sonra ilk dəfə NASA-nın Artemis II missiyası
aya yola düşüb.
Trend xəbər verir ki, dörd
astronavt Kennedi Kosmik Mərkəzindən “Orion” kosmik gəmisi ilə
missiyaya başayıblar. On günlük missiyada NASA astronavtları Reyd
Vayzmən, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin
astronavtı Ceremi Hansen iştirak edir. Onlar 10 günlük missiya
çərçivəsində Ay ətrafında uçuş aparacaq, “Orion” gəmisinin
sistemlərini kosmos şəraitində sınaqdan keçirəcək və Yerə
qayıdacaqlar.
Qeyd olunur ki, “Artemis 2” missiyası “Artemis” Ay proqramı
çərçivəsində ilk pilotlu missiya və son onilliklərdə insanların Ay
ətrafında ilk uçuşu olacaq.

