Tramp İrandakı hərbi əməliyyatın başa çatmaq üzrə olduğunu deyib

Baş səhifə

“ABŞ-ın İrandakı hərbi əməliyyatları başa çatmaq üzrədir və çox tez bir zamanda başa çatacaq”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə xalqa müraciəti zamanı deyib.

“Bunu çox tez bir zamanda başa çatdıracağıq. Biz çox yaxınıq. Yaxın Şərqdəki müttəfiqlərimizə – İsrail, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt və Bəhreynə təşəkkür etmək istəyirəm. Onlar möhtəşəm olublar və biz onların zərər görməsinə və ya heç bir şəkildə uğursuzluğa düçar olmasına imkan verməyəcəyik”, – Tramp bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir