
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk dəmir yolu güzəştinin satılacağı təqdirdə Ermənistanı ciddi nəticələrlə bağlı xəbərdar eedib.
Modern.az xəbər verir ki, Aleksey Overçuk bu barədə TASS agentliyinə müsahibəsində bildirib.
“Əgər Rusiya Federasiyasının Ermənistan dəmir yolları üçün güzəşti satılarsa, Ermənistan dəmir yolu təkcə Rusiya yükünü deyil, həm də çox güman ki, Rusiya Dəmir Yolları ilə qarşılıqlı əlaqəsini itirəcək. Xəzər dənizində gəmiçiliyin rəqabət qabiliyyətinə təsir edən amilləri nəzərə alsaq, Orta Asiya ölkələrindən Ermənistana və Türkiyəyə və əksinə əhəmiyyətli yük axını Rusiya Federasiyasından keçəcək.
Sadəcə olaraq, bir az daha irəliyə baxa və hadisələrin necə inkişaf edəcəyini, xüsusən də liman infrastrukturu və dəmir yolları kimi uzunmüddətli investisiyalara gəldikdə, proqnozlaşdıra bilməliyik”, – deyə Rusiya hökumətinin baş nazirinin müavini qeyd edib.

