Tramp Makronla bağlı zarafat etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ və Fransa münasibətlərində İran münaqişəsi ilə bağlı soyuq
yellərin əsməsi fonunda ABŞ Prezidenti Donald Tramp fransalı
həmkarı Emmanuel Makronun həyat yoldaşı ilə olan münasibətlərini
rişxənd obyektinə çevirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Sonra mən Makrona zəng vurdum – o Makron ki, həyat yoldaşı
onunla çox pis davranır. O çənəsinə dəyən zərbədən ələdə bərpa
olunmaqdadır”,- deyə Amerika lideri bildirib.

Xatırladaq ki, 2025-ci ilin may ayında “Associated Press” Fransa
Prezidentinin Vyetnama səfəri zamanı təyyarəyə enişini əks etdirən
video yayımlayıb. Kadrlarda hələ də təyyarənin daxilində olan
Makronun silueti görünür. Bu zaman Makronun həyat yoldaşının əlləri
kadra daxil olur, özü tam görünmür və o, sürətlə əlini ərinin üzünə
doğru qaldıraraq sanki ona şillə vururmuş kimi hərəkət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir