
Bakı. Trend:
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları
operatoru “Azərlotereya” böyük uduşlarla
sevindirməyə davam edir.
Bu ilin birinci rübündə “Poz-Qazan” oyunları üzrə
39 böyük uduş qeydə alınıb. Onlar arasında ən
böyük uduş “Uğurlu 7”də qazanılıb. Düz 2 ədəd biletdə 50 000 manat
udulub.
Digər “Poz-Qazan” oyunlarında da uduşlar bol olub. “Qızıl”da 2
bilet, “Qış naxışı”nda 2 bilet, “Uduş xonçası”nda isə 1 biletdə 25
000 manat qazanılıb.
“Poz-Qazan” oyunları üzrə 10 biletdə 10 000, 11 biletdə 5 000,
daha 11 biletdə isə 4 000 manat qazanılaraq şanslı qaliblərinə
qovuşub. Uduşlu biletlər “Prestij”, “Sür Qazan”, “Xoşbəxt”, “Bəxt
açarı”, “Yığ Apar”, “Qoşa” və s. oyunlarından qazanılıb.
Bəxtəvər qaliblər sırasında Samir Haqverdiyev, Tərlan
Süleymanov, Səbuhi Əndəlifov, Rüfət Mürsəlzadə, Mansur Mehtiyev,
Calaləddin Muxtarov və digərləri olub.
“Azərlotereya”nın bir-birindən maraqlı “Poz-Qazan” oyunlarında
500 000 manatadək böyük uduşlar sahiblərini gözləyir.
Biletləri “Azərlotereya” satış nöqtələri,
“Misli” məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər
şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək
mümkündür.

