Son meyillər 2026-cı il üzrə inflyasiya proqnozunun artırılması ehtimalını göstərir – Azərbaycan Mərkəzi Bankı

Baş səhifə

Bakı. Trend:

Baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik
inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son
meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma
istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat
yayıb.




“Ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir
göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur. Regionda
gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə
bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir.
Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili
inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz
təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının
qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət
tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal
qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət
tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv
məzənnənin dinamikasından da asılı olacaqdır. Daxili risk
faktorları arasında təklif – xərc amilləri mühüm olaraq qalır”, –
məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir