
Bakı. Trend:
Azərbaycan Banklar Assosiasiyasının (ABA) tərəfindən həyata
keçirilən “Bankçılıq Mükafatları – 2025” adlı mükafatlandırılma
layihəsi üzrə fərqli nominasiyaların sahibləri məlum olmuşdur.
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə
Qrupunun üzvü Ziraat Bank Azərbaycan bu dəfə “Korporativ sosial
məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”,
“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə
əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər
sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq
üzrə layihələr (ESG)” nominasiyalarına layiq görüldü.
Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar
Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində
bankların fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.
“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul
və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində
yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,
rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın
Instagram, X-platforması, Linkedin, YouTube sosial media
hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə
bilərsiniz.

