“Yelo Bank” 6 nominasiya üzrə qalib seçildi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi
olaraq keçirilən “Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin
yekunları üzrə qaliblər elan edilib. “Yelo Bank”ın ötən il ərzində
müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA
tərəfindən yüksək qiymətləndirilib.

Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq
görülüb:




  • Korporativ sosial məsuliyyət;
  • Maliyyə savadlılığı dəstəkçisi;
  • Təhsil dəstəkçisi;
  • Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə
    əlaqədar tədbirlər keçirmiş ABA üzvü;
  • Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin
    tətbiqi;
  • Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).

“Yelo Bank” üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial
məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən
istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə
dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf
təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz
hissəsidir.

Tecili
kredit
axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir