
Bakı. Trend:
“Selta” baş məşqçisi ilə müqavilə müddətini artırıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, klub onunla işbirliyinə davam etmək
istəyib.
Avropa Liqasındakı uğurlu çıxışa görə də Klaudio Xiraldesə bir
çox təkliflər gəlib.
Lakin o özü də “Selta”da qalmağa üstünlük verib.
38 yaşlı ispan 2028-ci ilin iyun ayına qədər bu komandaya
rəhbərlik edəcək. Qeyd edək ki, Xiraldes 2024-cü ildən “Selta”nı
çalışdırır.

