Nazirlik dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb olunmasına aydınlıq gətirdi

Baş səhifə

Bakı. Trend:

Dünən Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında
təhsil alan bir qrup tələbədən ödəniş tələb olunması ilə bağlı
məlumat yayımlamışdı.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Trend-ə bildirib ki, dövlət
sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş
tələb olunması qanunvericiliyə ziddir.




Qeyd edilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası
Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış
və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm
və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil.
Bildirilir ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən
hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir.

Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına
qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin
üzərinə qoyula bilməz: “Bu baxımdan, təhsil müəssisəsinin özəl
statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin
maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş
hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə
planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna
istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün
əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə
məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə
cavabdeh deyil”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir