Yerevan və Moskva dəmir yolları üçün konsessiyanı başqa ölkəyə verməyi müzakirə edəcək

Baş səhifə

Bakı. Trend:

Aprelin 1-də Moskvaya səfəri çərçivəsində Ermənistanın Baş
naziri Nikol Paşinyan rusiyalı həmkarları ilə Ermənistan dəmir yolu
şəbəkəsinin konsessiya idarəçiliyinin Ermənistan və Rusiya ilə dost
münasibətlərə malik başqa bir ölkəyə verilməsi məsələsini ətraflı
müzakirə edib.

Trend erməni KİV-ə
istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol
Paşinyan keçirdiyi brifinqdə bildirib.

“Bəli, bu məsələ ətraflı müzakirə olundu, geniş fikir mübadiləsi
apardıq, öz mövqelərimizi və baxışlarımızı təqdim etdik, rusiyalı
həmkarlarımızın mövqelərini dinlədik və müzakirələri davam etdirmək
barədə razılığa gəldik. Müzakirələrin mahiyyəti belədir: problem
cəmi bir cümlə ilə ifadə olunur, yəni mövcud şəraitdə Ermənistan
Respublikası öz rəqabət üstünlüklərini itirir. Bizim problemimiz
ondan ibarətdir ki, Ermənistan öz rəqabət potensialını tam şəkildə
reallaşdırmaq imkanına malik olmalıdır. Bizim nəinki Rusiya ilə
problemimiz yoxdur, həm də dostluq münasibətlərimizi yüksək
qiymətləndiririk və Rusiyanın maraqlarına heç bir şəkildə zərər
vurmaq istəmirik. Lakin digər tərəfdən, mövcud vəziyyət bizə
rəqabət üstünlüklərimizdən istifadə etməyə imkan vermir və biz
birlikdə hansı həll yolunu tapacağımız barədə düşünməliyik”, – baş
nazir bildirib.




Ermənistan dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyinin
Ermənistan və Rusiya üçün məqbul olan bir ölkəyə verilməsi təklifi
daha əvvəl Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan
tərəfindən irəli sürülmüşdü. O qeyd etmişdi ki, Rusiya tərəfinin
idarəetmə şərtləri çərçivəsində Ermənistan dəmir yolu müəyyən
rəqabət üstünlüklərini itirir, çünki bəzi ölkələr idarəetmənin
Rusiyaya məxsus olması səbəbindən Ermənistan dəmir yolunun
imkanlarından istifadə etməkdən imtina edirlər.

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk isə aprelin 2-də
Ermənistan dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyinin üçüncü
ölkəyə satılması üçün obyektiv əsasların olmadığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir