Xaçmazın Aşağı Zeyid kəndində səyyar qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerli
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Aşağı Zeyid kəndində səyyar qəbul
keçirilib.

Trend xəbər verir
ki, qəbulda Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə
daxil olan Aşağı Zeyid, Qaracik Zeyid, Qaraçayçək, Qaracik,
Şıxhaput, Alıcqışlaq və Çılğır kəndlərinin sakinləri iştirak
ediblər. Səyyar görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin,
Aprel şəhidlərinin, eləcə də Vətənimizin azadlığı və suverenliyi
uğrunda canından keçən mərd oğulların əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi
müraciətlərin həlli istiqamətində görülən işlərə görə
minnətdarlıqlarını bildirərək, bir sıra fərdi müraciətlər
səsləndiriblər.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini diqqətlə dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara
müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini
tapıb.

Sakinlər əhalinin problemlərinin həllinə yönəlmiş tədbirlərin
davamlı xarakter daşıdığını vurğulayaraq, göstərilən yüksək diqqət
və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin
minnətdarlıqlarını ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir