İKTA internet provayderlərini rəsmi veb-sayt açmağa çağırır

Baş səhifə

Bakı.Trend:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA)
tərəfindən aparılan monitorinqlər nəticəsində ölkəmizdə fəaliyyət
göstərən bəzi internet telekommunikasiya xidməti göstərən operator
və provayderlərinn istehlakçılar üçün açıq və əlçatan
rəsmi internet informasiya resursunun (veb-saytı)
olmadığı
müəyyən edilib.

Bu barədə Trend-ə İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, mövcud vəziyyət istehlakçıların xidmət şərtləri
ilə tanış olması, tariflər və ödənişlər barədə məlumat əldə etməsi,
şikayət və müraciət mexanizmlərindən istifadə etməsi, texniki
xidmət və kəsintilər barədə vaxtında məlumat alması imkanlarını
əhəmiyyətli dərəcədə məhdudlaşdırır.




İKTA bəyan edir ki, mövcud normativ aktlardan irəli gələrək,
internet xidmət provayderləri istehlakçıya xidmət barədə zəruri,
düzgün və dolğun məlumat verilməsini təmin etməli, xidmət
şərtlərinin, texniki qulluq və istifadə qaydalarının açıqlığını və
əlçatanlığını və istifadəçinin özünə dair informasiyaya çıxış
hüququnu təmin etməlidirlər. Bu tələblərin effektiv icrası üçün
provayderlərin rəsmi internet resurslarının mövcudluğu müasir və
zəruri praktikadır.

Bu addımın məqsədi bazarda şəffaflığı artırmaq, istehlakçıların
məlumatlı seçim imkanlarını genişləndirmək və xidmət göstərən
subyektləri məsuliyyətli davranışa təşviq etməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir