
Bakı. Trend:
Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə sığortaçılar
və İcbari Sığorta Bürosu arasında kollektiv saziş bağlanılacaq.
Trend-in
məlumatına görə, bunun üçün maksimum 30 günlük müddət
tanınacaq.
Belə ki, aşağıdakı şərtlərin hər biri mövcud olduqda
avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat
vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində
sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək:
- yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdə
bağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda; - sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığorta
hadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.
Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə qarşılıqlı
hesablaşmaların həyata keçirilməsi məqsədilə sığortaçılar və İcbari
Sığorta Bürosu arasında 2026-cı il martın 20-dən ən geci 30 təqvim
günü müddətində kollektiv saziş bağlanılacaq.
Kollektiv sazişdə azı aşağıdakı məsələlər əhatə olunacaq:
- kollektiv sazişə qoşulma və ondan çıxma qaydası;
- sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə sığortaçılar
arasında hesablaşma qaydası; - öhdəliklərin icra müddətləri;
- mübahisələrin həlli qaydası.
Sığortaçılar arasında aparılan hesablaşmalar nağdsız formada
həyata keçiriləcək.

