Beyləqanda minik avtomobili aşıb: xəsarət alanlar var

Baş səhifə

Beyləqan. Trend:

Beyləqanda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

Trend-in yerli
müxbirinin məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndi
ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobili
idarəetmədən çıxaraq yol kənarına aşıb.




Nəticədə rayon sakinləri – 1977-ci il təvəllüdlü Qurbanov İlham
Mütəllim oğlu və 1986-cı il təvəllüdlü Quliyev Müslüm Maşallah oğlu
müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Beyləqan Rayon
Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir