
Bakı.Trend:
Bu ilin mart ayında “Android” əməliyyat sisteminin Azərbaycan
bazarındakı payı ötən ayla müqayisədə 1,9 faiz bəndi artaraq, 37,92
faizə çatıb.
Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
Məlumata görə, bu ay Azərbaycanda ən populyar ikinci əməliyyat
sistemi isə “Microsoft Windows” olub. Sistemin bazar payı fevral
ayı ilə müqayisədə 5,21 faiz bəndi azalaraq 26,33 faiz təşkil
edib.
Üçüncü yerdə isə 18,62 faiz bazar payı ilə “iOS” qərarlaşıb
(ötən ayla müqayisədə 1,5 faiz bəndi həcmində artım müşahidə
olunub)

