
Bakı. Trend:
Türkiyə Super Liqasının 28-ci turunun “Fənərbaxça” – “Beşiktaş”
matçının təyinatları açıqlanacaq.
Trend xəbər
verir ki, İstanbul derbisini Yasin Kolun rəhbərlik etdiyi hakimlər
briqadası idarə edəcək.
Ona yan xətlərdə Abdullah Bora Özkara və Mehmet Salih Mazlum
köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Çağdaş Altay
yerinə yetirəcək.
Qeyd edək ki, “Fənərbaxça” – “Beşiktaş” qarşılaşması aprelin
5-də keçirilkəcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Meydan sahibləri derbi ərəfəsində 60 xalla turnir cədvəlinin 2-ci
pilləsində qərarlaşıb. Qonaqlar isə 52 xalla 4-cü yerdədir.

