Azərbaycanda AZIPS vasitəsilə aparılmış əməliyyatların həcmi artıb

Baş səhifə

Bakı.Trend:

Bu ilin fevral ayında Azərbaycanda Real Vaxt Rejimində
Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatların
ümumi həcmi 77,4 milyard manatı, say baxımından isə 181,9 min ədədi
ötüb.

Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu
sistemdə həyata keçirilən əməliyyatların həcmi 35,33 milyard manat
və ya 3%-dən çox, sayı isə 12,9 min ədəd və ya 7,6% artıb.




Ötən ilin fevral ayında AZİPS vasitəsilə həyata keçirilən
əməliyyatların həcmi 42,07 milyard manat, sayı isə 169 min ədədi
ötmüşdü.

Qeyd edək ki, fevral ayına olan vəziyyətə görə Azərbaycanda bank
sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş
kartlarının sayı öncəki ayla müqayisədə 191 min ədəd artıb və
ümumilikdə 22 milyon 347 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq
dövrü ilə müqayisədə isə bu göstərici 10 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir