Günahkar universitet çıxarılır – Qərbi Kaspi Universiteti

Baş səhifə

Bakı. Trend:

Qərbi Kasp Universiteti dövlət sifarişi ilə (ödənişsiz) təhsil
alan tələbələrdən əlavə ödəniş istənilməsi məsələsinə münasibət
bildirib.

Universitetdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci
ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq
vəsait ayrılıb, onun əhəmiyyətli hissəsi xərclənib, müəyyən hissəsi
isə qalıb:

“Məlum olduğu kimi, qanunvericiliyə əsasən, dövlət sifarişi ilə
ali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti
hesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinə
ödənilir. Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən
ödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunur
və təqdim edilən sənədlər əsasında birbaşa müqavilə tərəfdaşlarına
köçürülür.

Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında
təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris
ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili
xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin
alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu
mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.

2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi
Universitetinə müvafiq vəsait ayrılıb, onun əhəmiyyətli hissəsi
xərclənib, müəyyən hissəsi isə qalıb. Lakin 2026-cı ilin yanvar
ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə
tutularkən məlum olub ki, 2025-ci il başa çatdığı üçün ayrılmış
məbləğ dövlət büdcəsinə geri qaytarılıb. Dövlət sifarişi əsasında
təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə
universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla
bilməz.




Qərbi Kaspi Universitetinin özəl hüquqi şəxs olduğu və vəsaitin
universitetə aid olduğu Elm və Təhsil Nazirliyinə müraciət
məktubunda qeyd olunub. Lakin məktubumuza hələ heç bir qurumdan
rəsmi məlumat göndərilməyib.

Hazırda universitetin 13 təhsil proqramının beynəlxalq
akkreditasiya təşkilatından uğurla keçməsi barəsində bizə məlumat
daxil olub. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni
tədris məkanları, laboratoriya və texniki avadanlıqların alınması
üzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən il
dövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitin
universitetin sərəncamında olmaması səbəbindən İT və digər
avadanlıqların alınması mümkün olmayıb.

Tələbələrə bu barədə tərəfimizdən məlumat verilib. Məlumat
verildikdən sonra baş verən situasiyada günahkar universitet
çıxarılır. Məsələ ilə bağlı universitetin aiddiyyəti təşkilatlara
müraciəti hələ ki cavabsız qalır.

Ümid edirik ki, müvafiq təşkilatlar universitetin göstərdiyi
xidmətlərə görə, onun haqqı olan vəsaiti ödəməklə, təhsilin
fəaliyyətində istifadə etmək imkanına da sahib olacaq”.

Həmçinin bildirilib ki, universitet hazırda Elm və Təhsil
Nazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədədir və geri dönüş
gözləyir. İctimaiyyətə gedişat barədə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir