
Bakı. Trend:
2026‑cı ilin fevral ayında Azərbaycanda Ani Ödənişlər Sistemi
(AÖS) vasitəsilə aparılmış əməliyyatların həcmi 406 milyon manat,
sayı isə 2,984 milyon ədəd təşkil edib.
Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Ötən ilin fevral ayı ilə müqayisədə AÖS vasitəsilə aparılmış
əməliyyatların həcmi 310 milyon manat və ya 4,2 dəfə,
əməliyyatların sayı isə 2,912 milyon vahid və ya 41,2 dəfə
artıb.
Qeyd edək ki, 2025‑ci ilin fevral ayında ölkədə AÖS vasitəsilə
aparılmış əməliyyatların həcmi 96 milyon manat, sayı isə 72,4 min
ədəd olub.
Onu da qeyd edək ki, fevral ayına olan vəziyyətə görə
Azərbaycanda bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə
olan ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 191 min ədəd
artıb və ümumilikdə 22 milyon 347 min ədəd təşkil edib. 2025-ci
ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 10 faiz
artıb.
Отметим, что по состоянию на конец февраля количество платежных
карт, находящихся в обращении в системах банков и ООО “Азерпочт”,
увеличилось по сравнению с предыдущим месяцем на 191 тысячу единиц
и составило 22 миллиона 347 тысяч карт.
По сравнению с аналогичным периодом прошлого года этот
показатель вырос на 10%.

