Günəşə doğru hərəkət edən komet sürətlə parçalanacaq

Baş səhifə

Bakı. Trend:

C/2026 A1 (MAPS) kometi Günəşə doğru hərəkətinə davam edir. Son
müşahidələrə əsasən, Günəşə yaxınlaşdıqca MAPS kometinin
parlaqlığı, sürəti və aktivliyi artır.

Trend xəbər
verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin
Astrofizika kafedrası məlumat yayıb.

Bildirilir ki, hazırda komet Günəşdən təxminən 40 milyon km
məsafədədir və 80 km/saniyə sürətlə hərəkət edir. Yaxın günlərdə
kometin sürətinin artaraq 100 km/saniyəni, Günəşə ən yaxın nöqtədə
isə təxminən 300 km/saniyəni keçəcəyi gözlənilir:




“Komet artıq güclü Günəş şüalanmasına tab gətirə bilmir və
parçalanma mərhələsinə daxil olub. Bu prosesin pik nöqtəsi 2–4
aprel tarixlərinə təsadüf edə bilər. Bu zaman komet Günəşin tacına
yaxınlaşaraq sürətlə dağılacaq. Bu, qısamüddətli parlaqlıq artımı
yarada bilər”.

Komet nüvəsinin müşahidəsi çətin olsa da, onun uzun və parlaq
quyruğunun Günəş batdığı ərəfələrdə qısamüddətli görünməsi ehtimal
olunur. Aprelin 2-dən etibarən kometin SOHO aparatının LASCO
cihazlarında görünməsi gözlənilir ki, bu da onun son vəziyyətini
daha dəqiq izləməyə imkan verəcək. Hazırkı qiymətləndirmələrə görə,
kometin bütöv şəkildə Günəşə çatma ehtimalı çox aşağıdır və onun
yaxın günlərdə tamamilə parçalanacağı gözlənilir. C/2026 A1 kometi
Günəşə yaxınlaşaraq məhv olmağa doğru gedən nadir səma
hadisələrindən biridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir