
Bakı. Trend:
Bu ilin mart ayında “Google” Azərbaycanda ən populyar axtarış
sistemi kimi öz mövqeyini qoruyub saxlayıb. Belə ki, onun bazardakı
payı 89,85 faiz təşkil edib.
Trend-in “Global
Stats” statistika mərkəzindən əldə etdiyi məlumata görə, “Google”un
bazar payı fevral ayı ilə müqayisədə 0,15 faiz azalıb.
“Yandex” axtarış sisteminin bazar payı isə hesabat dövründə 0,04
faiz bəndi azalıb və 1,3 faiz təşkil edib.
Mart ayında “Bing” axtarış sisteminin bazar payı 0,15 faiz bəndi
artaraq 5,13 faizə çatıb, digər yandan “Yahoo” 0,09 faiz bəndi
artım nümayiş etdirib və bazar payı 1,48 faiz təşkil edib.

