Sarayda məktəbə 960 şagird yerlik əlavə bina tikilir

Baş səhifə

Bakı.Trend:

Abşeron rayonu, Saray qəsəbəsində 1 nömrəli tam orta məktəb
əsaslı təmir ediləcək və 960 şagird yerlik əlavə korpus
tikiləcək.

Trend xəbər
verir ki, tender Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı
Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilib.




Tender üçün ehtimal olunan məbləğ bir milyon üç yüz doxsan iki
min altmış doqquz manat 78 qəpikdir. Təkliflər aprelin 30-u
18:00-dək qəbul ediləcək.

Qeyd edək ki, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbi Abşeron
rayonunun iri ümumtəhsil müəssisələrindən biridir. Mövcud təmir və
genişləndirmə layihələri məktəbin şagird tutumunun artırılmasına və
tədris şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir