
Bakı. Trend:
Naxçıvan Əlahiddə Ümumqoşun Orsunun bölmələri təlimdə iştirak
etmək üçün Türkiyəyə səfərə gəlib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər
verib.
Məlumata əsasən, bölmələr 14-cü Mexanikləşdirilmiş Piyada
Briqadası Komandanlığında keçiriləcək “Heydər Əliyev-2026”
təlimində iştirak edəcəklər.
5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Türkiyənin
Şəhid Baş Çavuş Bülent Aydın Sərhəd Məntəqəsinin məsuliyyət
ərazisində yerləşən Həsrət Körpüsündə qarşılayıb və bayraq
dəyişdirmə mərasimi keçirib.

