Gəncədə 41 yaşlı kişi bıçaqlanıb

Baş səhifə

Gəncə şəhərində xəsarətalma hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, şəhər sakini 1985-ci il təvəllüdlü E.Həsənov bud nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

41 yaşlı kişinin hansı şəraitdə xəsarət alması hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir