Bakının iki rayonunda qaz təchizatında məhdudiyyət olacaq

Baş səhifə

Bakı.Trend:

Bakının iki rayonunda qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat
verilib.

Bildirilib ki, 3 aprel 2026-cı il saat 10:00-dan etibarən
Bakının bəzi ərazilərində qaz təchizatı müvəqqəti
məhdudlaşdırılacaq.




Aparılacaq təmir və quraşdırma işləri ilə əlaqədar olaraq
Binəqədi rayonu üzrə Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən
ərazisi, Baksol yolu və Binəqədi şosesində, həmçinin Xətai rayonu
üzrə kənd Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi və Neapol
küçələrində qazın verilişində fasilə yaranacaq.

İşlər başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa
olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir