Azərbaycanda taksi sürücüləri üçün sığorta haqqı dəyişilir

Baş səhifə

Bakı. Trend:

Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə tətbiq olunan
əmsal müəyyənləşib.

Trend-in
məlumatına görə, avtonəqliyyat vasitəsi taksi ilə sərnişin daşımaq
üçün istifadə edildikdə əmsal tətbiq ediləcək.

Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə
sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi
bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin
hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin
daşımaları üçün istifadə edilməsi dedikdə “Avtomobil nəqliyyatı
haqqında” və “Lisenziyalar və icazələr haqqında” Qanunlara uyğun
olaraq səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə
əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış
vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı
şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə
yetirilən sərnişin daşımaları başa düşülür.




Sığorta müqaviləsi bağlanarkən yuxarıda əks olunmuş əmsal
avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin
daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat
mövcud olduğu halda tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin
daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın
müəyyən edilməsi mümkün olmadıqda, yuxarıda nəzərdə tutulmuş
əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü
bəyanı əsasında həyata keçiriləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin
daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat
müəyyən edilməsi mümkün olmadıqda və ya yuxarıdakı abzasda nəzərdə
tutulmuş halda həmin məlumat sığortalı tərəfindən sığortaçıya bəyan
edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal
tətbiq olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir