
Bakı.Trend:
Bu ilin mart ayında “Google Chrome” internet brauzeri
Azərbaycanda istifadəçilər arasında populyarlıq üzrə 66,7 faiz
payla liderliyini qoruyub saxlayıb.
Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
Bildirilir ki, “Google Chrome”un bazar payı əvvəlki ayla
müqayisədə 2,2 faiz bəndi azalıb.
Bu müddət ərzində “Safari” internet brauzerinin Azərbaycan
bazarındakı payı 17,9 faiz təşkil edib (1,44 faiz bəndi artıb).
Hesabat dövründə “Edge” internet brauzerinin bazar payı 0,35
faiz bəndi artaraq 5,79 faizə çatıb.
Siyahıda növbəti yeri “Firefox” internet brauzeri tutub. Belə
ki, bu brauzerin Azərbaycan bazarındakı payı 0,04 faiz bəndi
artaraq 2,33 faiz təşkil edib.
Bu dövrdə “Samsung” internet brauzerinin payı 0,04 faiz bəndi
artaraq 2,06 faizə yüksəlib, “Opera” brauzerinin payı isə 0,21 faiz
bəndi artaraq 2 faizə çatıb.
Bu ilin mart ayında “Android” internet brauzerinin payı 0,1 faiz
bəndi azalaraq 0,3 faiz təşkil edib.

