
Bakı. Trend:
2026-cı ilin martında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya
şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə
hospitalizasiya olunub.
KTM-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vaxtında
aparılan düzgün müalicə tədbirləri nəticəsində 88 pasiyentin
vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator
müalicə üçün evə buraxılıblar.
Pasiyentlərdən 42 nəfər dərman preparatlarından, 3 nəfər siçan
dərmanından (rodentisid), 24 nəfər sirkə turşusundan, 3 nəfər
yandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 2 nəfər
spirtli içkidən, 5 nəfər dəm qazından, 5 nəfər anafilaktik şokdan,
3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə
cəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış
toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya
tədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 3
nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə
zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

