İran İsrailin şimalına kassetli başlıqlı raketlər atıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

İran İsrailin şimalına kaset tipli döyüş başlıqları daşıyan
ballistik raketlərlə hücum edib.

Trend İsrail KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)
məlumat yayıb.

Hücum nəticəsində Hayfa şəhərinə düşən raketlər yolda bir neçə
maşının yanmasına səbəb olub. Yaralılar barədə məlumat daxil
olmayıb.

Hayfa yaxınlığında yerləşən Kiryat Ata qəsəbəsində isə ballistik
raketlərdən biri yaşayış evinə tuş gəlib. Kasetli başlığın
partlaması nəticəsində 79 yaşlı kişi yüngül xəsarət alıb.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir