
Bakı. Trend:
“Arsenal”ın sabiq futbolçusu Lukas Peresin yeni klubu məlum
olub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu “Kadis”ə
keçib.
Sequnda təmsilçisi təcrübəli forvardla mövsümün sonuna qədər
müqavilə imzalayıb.
Qeyd edək ki, Peres karyerası ərzində “Arsenal”, “Vest Hem”,
“Alaves”, “Elçe”, PSV kimi klublarda çıxış edib. O, ötən ilin
yayından klubsuz idi.

