
Bakı. Trend:
“Bakı Metropoliteni” QSC qatarların hərəkət qrafikinin
optimallaşdırılması və sərnişin axınının tənzimlənməsi
istiqamətində növbəti yeniliklər edib.
Trend bu barədə
səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, sərnişin sayında müşahidə edilən artım nəzərə
alınaraq, texniki sistemlərdə aparılan təkmilləşdirmə və rəqəmsal
həllərin tətbiqi sayəsində pik vaxtlarda “28 May–Əhmədli” sahəsində
hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir, günorta
saatlarında – 12:30-14:30 və 16:00-17:00 aralıqlarında Yaşıl və
Qırmızı xətlərdə 30 saniyə azaldılmış interval tətbiq olunur,
səhər, günorta və axşam saatlarında xətlərə “Koroğlu”, “28 May”, “Gənclik” və “Elmlər Akademiyası” stansiyalarına qədər sərnişinsiz
hərəkət edən qatarlar verilir.

