Fransa gəmisi fevraldan sonra ilk dəfə Hörmüz boğazını keçib

Baş səhifə

Bakı. Trend:

Fransaya məxsus gəmi Yaxın Şərqdə münaqişə başladıqdan sonra ilk
dəfə olaraq Hörmüz boğazını keçə bilib.

Trend xəbər verir
ki, bu barədə “Bloombger” yazır.

“Fransaya məxsus olduğunu bildirən konteyner daşıyan gəmi Hörmüz
boğazından çıxıb. Görünür, bu, Qərbi Avropa ilə əlaqəli gəminin ilk
məlum keçididir”, – agentlik iki məlumatlı mənbəyə istinadən
yazır.




Məlumata görə, “CMA CGM Kribi” adlı gəmi cümə axşamı günortadan
sonra Dubayın (BƏƏ) ərazi sularından İran istiqamətində çıxıb və
gəminin sahibinin fransız olduğunu siqnal edib. “Bloomberg” bu
barədə gəmi izləmə sistemlərinə istinadla xəbər verir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir