Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb

Baş səhifə

Bakı. Trend:

Bank Respublika ABA tərəfindən 5 nominasiya üzrə
mükafata layiq görülüb.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, ötən il
ərzində həyata keçirdiyi sosial və innovativ təşəbbüslər Azərbaycan
Banklar Assosiasiyası (ABA) tərəfindən 5 nominasiya üzrə mükafata
layiq görülüb.

Hər il keçirilən müsabiqə çərçivəsində bankların müxtəlif
sahələrdə reallaşdırdığı təşəbbüslər müstəqil ekspertlər tərəfindən
təhlil olunur və layihələrin innovativ yanaşması, cəmiyyət üçün
faydası, davamlılığı və effektivliyi əsas qiymətləndirmə meyarları
kimi çıxış edir.




Qeyd edək ki, Bank Respublika tərəfindən 2025-ci ildə həyata
keçirilən bütün layihələr ekspertlər tərəfindən yüksək
qiymətləndirilərək 5 nominasiya üzrə qalib seçilərək mükafata layiq
görülüb:

  • Korporativ sosial məsuliyyət
  • Maliyyə savadlılığın təşviqi
  • Təhsil sahəsinə dəstək
  • KOB-lar üçün maliyyə əlçatanlığının genişləndirilməsi
  • Beynəlxalq əməkdaşlığın inkişafı

Bu nəticə Bank Respublika-nın sosial məsuliyyətə və dayanıqlı
inkişafa verdiyi önəmi, eyni zamanda müasir və innovativ bankçılıq
yanaşmasını bir daha nümayiş etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir