Nizami Kino Mərkəzinə vandalizm edənlərin kimliyi məlum oldu

Baş səhifə

Bakı. Trend:

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin
kimliyi məlum olub.

Trend-in xəbərinə
görə, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau
School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı,
2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu
sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində
anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə
Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən
Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs
tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və
“İnstagram”da “temacreworiginal” adlı hesabda öz qraffiti
nümunələrini paylaşıb.

Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi
2024-cü ildən Azərbaycanda yaşayır, “Denizkala” şirkətində menecer
işləyir.

Layla Muradinin atası Muradi Samir “Best Events” MMC şirkətinin
baş direktorudur.

Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə
məşğul olur.




Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə “Hallibörton
Yeureyja Limited” şirkətinin filialında xidmət operatorudur.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül
prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi
(123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası
müdaxiləyə məruz qalıb.

Adları qeyd olunan şəxslər binanın fasadına boya vasitəsilə
cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Binaya edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb,
ilkin görünüş bərpa olunub.

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə
cinayət işi açılıb.

Vurğulayaq ki, hadisə ictimai rəydə müzakirələrə və qınağa səbəb
olub. Bakının mərkəzində tarixi-mədəni abidənin divarının
zədələnməsi vandallıq aktı kimi qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir