Makron Çinə qarşı birləşməyə çağırdı

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron dövlətləri ABŞ və Çinə qarşı
birləşməyə və onlara sinə gəlməyə çağırıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Bizim məqsədimiz bu iki hegemon dövlətin vassalları
olmamaqdır”, -deyə o bildirib.




Onun sözlərinə görə, dövlətlər Çinin dominantlığından və ya
ABŞ-nin proqnozlaşdırıla bilməyən addımlarından asılı vəziyyətə
düşməməlidirlər.

Makron bu tezisləri Asiya səfəri zamanı səsləndirib. Səfər
çərçivəsində o, ölkə rəhbərlikləri ilə görüşlər keçirərək Hörmüz
boğazında nəqliyyat təhlükəsizliyi və Cənubi Koreya və Yaponiya
hökumətləri ilə əməkdaşlığın gücləndirilməsi kimi məsələləri
mükakirə edib. Hər iki Asiya ölkəsi İran müharibəsi ilə bağlı
enerjidaşıyıcılarının kəskin bahalaşmasından əziyyət çəkir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir