Livanda üç BMT sülhməramlısı yaralanıb

Baş səhifə

Ədisə sərhəd bölgəsində BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) müşahidə məntəqəsi atəşə tutulub və nəticədə üç sülhməramlı yaralanıb.

APA xəbər verir ki, bu barədə UNIFIL sözçüsü Kendis Ardell məlumat verib.

“Hər üç hərbçi xəstəxanaya aparılıb, onlardan ikisi ağır vəziyyətdədir”, – o deyib.

Onun sözlərinə görə, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən postda baş verən yanğının səbəbini araşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir